Neftçilər axtarılır... - Foto

neftciler-axtarilir
Oxunma sayı: 1127

Xəzərdə baş vermiş qəzada itkin düşən neftçilərin axtarışına pis hava şəraitində texniki göstəriciləri axtarış xilasetmə əməliyyatlarını həyata keçirməyə imkan verən gəmilər cəlb edilib.

Qafqazinfo” xəbər verir ki, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Hazırda axtarış – xilasetmə əməliyyatlarının aparıldığı ərazidə küləyin sürətinin güclənməsi, dalğanın hündürlüyünün artmasına baxmayaraq, əməliyyatlar dənizdə və sahilboyu ərazilərdə fasiləsiz olaraq həyata keçirlir. Pis hava şəraiti kiçik həcmli gəmilərin hərəkətinə ciddi maneələr törətdiyindən, qeyd olunan hava şəraitində texniki göstəriciləri axtarış xilasetmə əməliyyatlarını həyata keçirməyə imkan verən gəmilər axtarış rayonlarına cəlb edilib. Sahilboyu ərazilərdə axtarış – xilasetmə tədbirləri intensiv şəkildə davam etdirilir.