Səbail rayonunun Neftçilər prospektində yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, qəza fevralın 4-də saat 2 radələrində qeydə alınıb.
Gəncə şəhər sakini Vüsal İsmayılov idarə etdiyi “Suzuki” markalı motosikleti yolun kənarındakı ağaca vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Səbail RPİ tərəfindən araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər