Neftçilər Xəstəxanası iki gün pulsuz işləyəcək

neftciler-xestexanasi-iki-gun-pulsuz-isleyecek
Oxunma sayı: 1759


“Qafqazinfo” AzərTac-a istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının poliklinikası müqəddəs Ramazan bayramı münasibəti ilə iyulun 25-26-da “açıq qapı günü” keçirəcək.

Xəstəxanadan bildirilib ki, aksiya çərçivəsində poliklinikanın bütün həkim heyəti saat 8:00 – 16:00-dək ehtiyacı olan hər kəsə ödənişsiz tibbi xidmət göstərəcək.