Bakı Metropoliteninin “Neftçilər” stansiyasının yaxınlığında yerləşən dönərxana yanır.
“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə briqadası cəlb olunub.
***
FHN-dən bildirilib ki, Nizami rayonu, R.Rüstəmov küçəsində fəaliyyət göstərən ictimai iaşə obyektində baş vermiş yanğın nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.