“Neftçi”ni sanksiya gözləyir

neftcini-sanksiya-gozleyir
Oxunma sayı: 1093


 “Qafqazinfo” futbolinfo.az saytına istinadən xəbər verir ki,  bu məsələdə “Neftçi”nin keçmiş rəhbərliyinin günahı olub. Belə ki, Mpenza yola salınarkən ona özünə yeni klub tapması üçün icazə sənədi verilib. Emillə razılaşdırılıb ki, o, klub tapana kimi maaşı klub tərəfindən ödəniləcək, yeni anlaşma imzalandıqdan sonra isə bakılılarla anlaşmasına xitam veriləcək. Mpenza Bakıdan ayrılan kimi “Neftçi” rəhbərliyi FİFA-ya şikayət ünvanlayıb. Ali futbol qurumu da məsələni araşdırıb və belçikalını haqlı çıxarıb. 

FİFA tərəfindən  “Neftçi”yə göndərilən  məktubda futbolçunun ödənilməyən milyon dollarlıq maaşının verilməsi tələb edilib.  Tələbə əməl edilməzsə, “Neftçi”ni hesabından xal silinməsi, aşağı dəstəyə göndərilmə kimi sanksiyalar gözləyir.