“Neftçi”nin 150 min avroluq transferi

neftcinin-150-min-avroluq-transferi
Oxunma sayı: 2095

“Neftçi”nin yeni transferi Alfa Kontenin Bakı klubuna keçid qiyməti bəlli olub. 

“Qafqazinfo” Bolqarıstan mətbuatına istinadən xəbər verir ki, “Lokomotiv” 23 yaşlı oyunçunu 150 min avroya buraxıb.  

Ancaq bu məbləğin hamısını “Neftçi” qarşılamayıb. Məsələ burasındadı ki, “Lokomotiv” Sierra Leone millisinin üzvünə borclu olduğundan, pulun bir hissəsi həmin borcların ödənilməsi üçün silinib.

Qeyd edək ki, Alfa Konte “Neftçi” ilə 3,5 illik müqavilə imzalayıb.