“Neftçi”nin 3 oyunluq “ev” sindromu

neftcinin-3-oyunluq-ev-sindromu
Oxunma sayı: 646

“Qafqazinfo”nun verdiyi xəbərə görə, XXVIII turun oyunları üz-üzə gələn rəqiblərin mövsümdə 4-cü qarşılaşmaları olacaq. Peşəkar Futbol Liqasının rəsmi internet saytı bu dəfə XXVIII turun cütlərinin əvvəlki çempionatlardakı oyunlarının balansını təqdim edib.

XXVIII tur, 14 aprel (şənbə)

1-6-cı yerlər uğrunda

“Neftçi” (Bakı) – “İnter” (Bakı)
+14=10-6, top fərqi – 45:26
Paytaxt təmsilçilərinin 31-ci dueli ərəfəsində “Neftçi”nin üstünlüyü aşkardır. Lakin son matçda da qalib gələn “ağ-qarlar” son 3 ev oyununda “İnter”i məğlub edə bilməyib.

“Bakı” (Bakı) – “Xəzər Lənkəran” (Lənkəran)
+5=10-6, top fərqi – 14:22
“Bakı” 22-ci dəfə qarşılaşacağı “Xəzər Lənkəran”la duellərdə balansı bərabərləşdirmək imkanı əldə edib. Qələbə sayında tarazlıq yaratmağa çalışacaq bakılılar son matçda rəqibini məğlub etsə də öz meydanındakı son 3 görüşdə 1 xalla kifayətlənib.

“Qəbələ” (Qəbələ) – “Qarabağ” (Ağdam)
+3=6-6, top fərqi – 14:19
“Qarabağ” 16-cı dəfə qarşılaşacağı “Qəbələ” ilə oyunlarda rəqibindən iki dəfə çox qələbə qazanıb. Lakin son 4 səfər oyununda qələbəyə həsrət qalan Ağdam təmsilçisi 1302 gündür ki, Qəbələdə qələbə qazana bilmir.

AZAL (Bakı) –“Rəvan” (Bakı)
+0=0-3, top fərqi – 2:7
Bütün oyunları cari mövsüm baş tutan paytaxt təmsilçilərinin derbisində 1 qalib var. Bu da Premyer Liqanın debütantı “Rəvan”dır. Onlar AZAL-la oyunlarda rəqibinə hələ də xal verməyib.

15 aprel (bazar)

“Turan” (Tovuz) – “Simurq” (Zaqatala)
+4=5-8, top fərqi – 17:23
“Turan” 18-ci duel ərəfəsində “Simurq”dan geri qalır. Lakin 4 ev oyununda rəqibinə uduzmayan tovuzlular son 2 matçda da qələbə qazanıb.

“Sumqayıt” (Sumqayıt) – “Kəpəz” (Gəncə)
+1=1-1, top fərqi – 6:6
Premyer Liqanın debütantı ilə ölkənin ən köklü klublarından biri yalnız cari mövsümdə qarşılaşıblar. Lakin baş tutan oyunlarda 12 qol vurulub ki, bu da kifayət qədər yüksək məhsuldarlıqdan xəbər verir.

Ceyhun Əhmədov