“Neftçi”nin 5 futbolçusu turun rəmzi komandasında - Foto

neftcinin-5-futbolcusu-turun-remzi-komandasinda
Oxunma sayı: 666

“InStat”ın təhlilinə əsasən Azərbaycan Premyer Liqasının 14-cü turunun rəmzi komandası müəyyənləşib.
 
“Qafqazinfo” PFL-in saytına istinadən xəbər verir ki, siyahıda "Neftçi"dən 5, "Zirə"dən 4, "Qarabağ"dan 2  futbolçu yer alıb:
 
Qapıçı: Səlahət Ağayev – 260 (“Neftçi”)-2
 
Müdafiəçilər: Ailton Silva - 298 (“Qarabağ”)-4, Anton Krivotsyuk – 331 (“Neftçi”)-3, Adrin Skarlatake - 298 (“Zirə”)-3, Tural Axundov - 253 (“Neftçi”)
 
Yarımmüdafiəçilər: Nicat Süleymanov– 315 (“Zirə”), Elvin Camalov - 300 (“Zirə”), Emin Mahmudov - 296 (“Neftçi”), Dani Kintana – 332 (“Qarabağ”)-4
 
Hücumçular: Xulio Sezar Rodrigez - 287 (“Zirə”)-4, Stiven Monroz - 277 (“Neftçi”)-5
 
Qeyd edək ki, oyunçuların adının qarşısındakı rəqəm “InStat” indeksi, sondakı isə rəmzi komandaya düşmə sayıdır.