“Neftçi”nin Avroliqada növbəti rəqibi müəyyənləşir

neftcinin-avroliqada-novbeti-reqibi-mueyyenlesir
Oxunma sayı: 1842

Bu gün  Avropa Liqasının pley-off mərhələsinin püşkü atılacaq. 

"Qafqazinfo" xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 15:30-da başlayacaq.

Püşkdə Avroliqadakı yeganə təmsilçisimiz "Neftçi"nin də pley-offdakı rəqibi bilinəcək. Flaqman III təsnifat mərhələsində İsrailin "Bney Yehuda" klubunu mübarizədən kənarlaşdırsa, pley-offda səpələnməmişlər səbətində yer alacaq və "səpələnmişlər"dəki aşağıdakı cütlüklərdən birinin qalibi ilə görüşəcək:


"Antverpen" (Belçika) - "Viktoriya" (Çexiya)

"Brondbü" (Danimarka) - "Braqa" (Portuqaliya)

"Vaduts" (Lixtenşteyn) - "Ayntraxt" (Almaniya)

"Malmö" (İsveç) - "Jrinski" (Bosniya və Qerseqovina)

"Partizan" (Serbiya) - "Malatyaspor" (Türkiyə)

 
Çempionlar Liqasındakı təmsilçimiz "Qarabağ" isə III təsnifat mərhələsində APOEL-i keçməsə, mübarizəni Avroliqanın pley-offunda davam etdirəcək. Bu zaman komanda səpələnmişlər səbətində yer alacaq və Avroliqanın III təsnifat mərhələsindəki səpələnməmişlər səbətindəki bu cütlüklərdən birinin qalibi olacaq.


"Sutyeska" (Çernoqoriya) - "Linfild" (Şimali İrlandiya)

"Ludoqorets" (Bolqarıstan) - TNS (Uels)

"Sarayevo" (Bosniya və Herseqovina) - BATE (Belarus)

"Astana" (Qazaxıstan) - "Valletta" (Malta)

"Slovan" (Slovakiya) - "Dandolk" (İrlandiya)