“Neftçi”nin baş icraçı direktoru vəzifəsindən getdi

neftcinin-bas-icraci-direktoru-vezifesinden-getdi
Oxunma sayı: 2023

“Neftçi”nin baş icraçı direktoru Fərrux Mahmudov vəzifəsindən istefa verib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə o, özü feysbuk hesabında paylaşım edib. 

F.Mahmudov Bakı klubunda sonuncu iş günü olduğunu bildirib: “Bu gün “Neftçi” baş icraçı direktoru vəzifəsində sonuncu günümdür. Klubla qarşılıqlı razılıq əsasında yollarımızı ayırdıq”.

Qeyd edək ki, Fərrux Mahmudov ötən ilin iyulundan “Neftçi”də çalışır.