“Neftçi”nin baş məşqçisi hazırlıqdan danışdı

neftcinin-bas-mesqcisi-hazirliqdan-danisdi
Oxunma sayı: 642

“Qafqazinfo”nun məlumatına görə, baş məşqçi Böyükağa Hacıyev hazırlıq barədə klubun rəsmi saytına danışıb: “Hələlik gündə 2 dəfə - səhər və axşam saatlarına məşq təyin etmişik. Bu məşqlərdən biri fiziki, digəri isə taktiki tapşırıqlar üzərində qurulub. Düşərgəmizdə əla ab-hava hökm sürür, bütün futbolçular məşqlərdə səylə çalışır. Hazırlıq prosesinə gəncləri də cəlb etmişik. Futbolçuların hazırlığı üçün zəruri olan hər şərait burada yaradılıb. Təbii ki, biz də klub rəhbərliyinin bu diqqət və qayğısı müqabilində komandanı yüksək hazırlıq səviyyəsinə gətirməliyik”.