“Neftçi”nin baş məşqçisi postuna namizədlər açıqlandı

neftcinin-bas-mesqcisi-postuna-namizedler-aciqlandi
Oxunma sayı: 2569

“Neftçi”də yeni baş məşqçi vəzifəsinə namizədlər açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki,  namizədlər ukraynalı Yuri Vernidub və rusiyalı Viktor Qonçarenkodur.

Bunu klubun mətbuat xidməti “Neftçi TV”yə açıqlamasında deyib. Yeni baş məşqçi ilə bağlı yekun qərar iyunun 14-dək veriləcək.

Qeyd edək ki, "Neftçi" bu gün baş məşqçisi Samir Abasovla yolları ayırıb.