“Neftçi”nin bəyənmədiyi futbolçu “Qalatasaray”a keçdi

neftcinin-beyenmediyi-futbolcu-qalatasaraya-kecdi
Oxunma sayı: 2932

Türkiyənin “Qalatasaray” klubu növbəti transferini rəsmiləşdirib.

“Qafqazinfo” klub saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi “Eskişehirspor”dan Jesse Sekidikanı heyətinə qatıb.

Qeyd edək ki, 23 yaşlı nigeriyalı ötən ilin qışında “Neftçi”də baxışda olub. Lakin bakılıların baş məşqçisi Roberto Bordin gənc yarımmüdafiəçini bəyənməmişdi.