“Neftçi”nin eks-futbolçusu meydançada vəfat etdi

neftcinin-eks-futbolcusu-meydancada-vefat-etdi
Oxunma sayı: 2469


“Qafqazinfo”nun ans press-ə istinadən məlumatına görə, Malayziyanın “T-Team” klubunun kapitanı olan David Oniye “Keltan”la matçda huşunu itirərək yerə yıxılıb. 

Nigeriyalının həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, 30 yaşlı futbolçu 2004/07-ci illərdə “Neftçi”də çıxış edib. Oniye paytaxt klubunda keçirdiyi 74 oyunda 2 qol vurub.