“Neftçi”nin futbolçusu milliyə dəvət aldı

neftcinin-futbolcusu-milliye-devet-aldi
Oxunma sayı: 1918

“Neftçi” klubunun futbolçusu Mamadu Kane Qvineya milli komandasına dəvət alıb.

"Qafqazinfo" xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi noyabrın 12-də Qvineya Bissau, noyabrın 16-da isə Mərakeş yığmaları ilə keçiriləcək DÇ-2022-nin seçmə oyunlarına çağırılıb.

Müqavilə ilə Yunanıstanın “Olimpiakos” klubuna məxsus olan Kane “Neftçi”də icarə əsasında çıxış edir.