28-ci turda “Simurq”la oyunda qırmızı vərəqə alan “Neftçi”nin müdafiəçisi Karlos Kordoso 3 oyunluq cəzalanıb. Birbaşa meydandan qovulan legioneri komandasını da 3 min manat ziyana salıb. Futbolçuya verilmiş cəzanın iki oyunu şərti cəza kimi tətbiq olunur və ona 6 aylıq sınaq müddəti verilir. Sınaq dövründə Kardoso yenidən cəzalanacağı təqdirdə sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq bərpa olunacaq. Bu isə o deməkdi ki, braziliyalı yalnız XXIX turun “Xəzər Lənkəran”la görüşünü buraxacaq.
Bundan başqa, “Simurq”la səfər oyununda 6 futbolçusu sarı vərəqə ilə cəzalanan “Neftçi” daha 1000 manat ödəyəcək. AZAL-la qarşılaşmada 4 oyunçusuna xəbərdarlıq edilən “Qəbələ”nin də cəzası eyni olub.
Son xəbərlər
Son Xəbərlər