“Neftçi”nin hücumçusu Lukas Qomesə ağır itki üz verib. “Qafqazinfo” xəbər verir ki, argentinalı futbolçunun atası Oskar Marselino Qomes vəfat edib.
Bu barədə xəbər az öncə yayılıb. Klub bununla bağlı futbolçuya başsağlığı verib.
Xatırladaq ki, bu səbəbdən Lukas bütün həftəni vətənində keçirib. O, ağır vəziyyətdə olan atasının yanında olub, komandanın düşərgəsinə yalnız dünən gələ bilmişdi.
Son xəbərlər
Son Xəbərlər