“Neftçi”nin kapitanı üzr istədi - “Utanıram”

neftcinin-kapitani-uzr-istedi
Oxunma sayı: 2703

“Neftçi”nin kapitanı Emin Mahmudov uğursuz mövsümə görə azarkeşlərdən üzr istəyib.

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə instaqram hesabında yazıb:

“Əziz “Neftçi” azarkeşləri, neçə gündür ki, sizə yazmaq istəyirəm. Ancaq indi özümdə güc və inam tapıb sizə səslənirəm. Bilirəm ki, bu dəqiqə çox üzgünsünüz. Gözləntilərinizi qarşılaya bilmədik. İstədiyimizi, istədiyinizi verə bilmədik. Bilməyinizi istəyirəm ki, nəinki son oyuna görə, ümumi mövsümə görə çox utanıram. Sizlər bu nəticəyə layiq deyilsiniz. “Neftçi” ailəsinin kapitanı olaraq sizə bunları yaşatdığımıza görə üzr istəyirəm!”

Qeyd edək ki, “Neftçi” cari mövsümü 5-ci pillədə başa vurub və avrokuboklara vəsiqə qazana bilməyib.