“Neftçi”nin mətbuat konfransı və məşqinin vaxtı bəllidir

neftcinin-metbuat-konfransi-ve-mesqinin-vaxti-bellidir
Oxunma sayı: 696

Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab matçı çərçivəsində keçiriləcək “Neftçi” – “Baltsan” oyunu öncəsi mətbuat konfranslarının və məşqin vaxtı bəlli olub.

Qafqazinfo” xəbər verir ki, tədbir iyulun 5-də “Bakcell Arena”da keçiriləcək Jurnlistlər önünə ilk olaraq, "ağ-qaralar"ın baş məşqçisi Vəli Qasımov çıxacaq. 

19:30-da başlanacaq konfransdan sonra, saat 20:00-da bakılıların media nümayəndələri üçün açıq (ilk 15 dəqiqəsi) məşqi baş tutacaq. Ayın 6-da isə “Bakcell Arena”da “Baltsan” klubunun baş məşqçisi Oliver Spiterinin mətbuat konfransı və açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq. Konfrans saat 19:30-da, məşq isə saat 20:00-da başlanacaq. Qeyd edək ki, sözügedən oyun iyulun 7-də, saat 20:00-da “Bakcell Arena”da start götürəcək.