“Neftçi”nin müdafiəçisi 3 oyunluq cəzalandı

neftcinin-mudafiecisi-3-oyunluq-cezalandi
Oxunma sayı: 713


Premyer Liqanın 31-ci turunun "Xəzər Lənkəran" - "Qəbələ" matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 45+1-ci dəqiqəsində "Xəzər Lənkəran"ın futbolçusu Elvin Mirzəyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

"Qarabağ" - "Neftçi" matçının 75-ci dəqiqəsində qonaqların futbolçusu Karlos Kardoso idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Adıçəklilən futbolçu İntizam Komitəsinin 7 aprel 2015-ci il tarixli qərarı ilə iki oyunu şərti cəza olmaqla 3 oyun cəzalandırılmışdı. Lakin futbolçu ona verilən 6 aylıq sınaq müddəti ərzində yenidən cəzalandığı üçün 2 oyunluq şərti cəza avtomatik olaraq qüvvəyə minib.