“Neftçi”nin oyunu belçikalı hakimlərə tapşırıldı

neftcinin-oyunu-belcikali-hakimlere-tapsirildi
Oxunma sayı: 771

Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində baş tutacaq "Şkendiya" - "Neftçi" oyununu idarə edəcək hakimlər briqadası bəlli olub.

"Qafqazinfo" xəbər verir ki, qarşılaşma Belçikadan olan hakimlər briqadasına həvalə edilib.

Baş hakim: Erik Lambrext
Yan xətt hakimləri: Karel De Roker, Jo De Vayr
4-cü hakim: Frederik Qeldolf (hamısı Belçika)
Hakim-inspektor: Nikola Qriqoresku (Rumıniya)
UEFA nümayəndəsi: Kreyford Uilson (Şimali İrlandiya)

Qeyd edək ki, sözügedən oyun iyulun 21-də keçiriləcək. İlk qarşılaşmada "Neftçi" doğma meydanda "Şkendiya" ilə 0:0 hesablı heç-heçə edib.