“Neftçi”nin oyunu yarımçıq dayandırıldı

“Neftçi”nin oyunu yarımçıq dayandırıldı
Oxunma sayı: 3909

Bakının “Neftçi” klubunun Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində ikinci oyunu yarımçıq dayandırılıb.

"Qafqazinfo" klubun rəsmi saytına istinadən xəbər verir ki, “ağ-qaralar” Rumıniyanın “Politexnika” (İaşi) klubu ilə üz-üzə gəlib.

Məlumata görə, oyun cəmi 11 dəqiqə sürüb. Görüşün keçirildiyi “Fənərbaxça Topuk Yaylası Resort and Sport” otelinin meydanındakı qarşılaşmanı davam etdirmək mümkün olmayıb. Buna güclü duman səbəb olub. 

Xatırladaq ki, "Neftçi” ilk sınaq matçında "SKA-Xabarovsk”a (Rusiya) 3:1 hesabı ilə qalib gəlib. İyunun 30-da Ukraynanın "Vorskla” klubu ilə sonuncu yoxlama oyununa çıxacaq "ağ-qaralar” iyulun 1-də Türkiyə toplanışını başa vuraraq Vətənə qayıdacaq.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi