“Neftçi”nin penalti üstündə döyülən transferi - Foto

neftcinin-penalti-ustunde-doyulen-transferi
Oxunma sayı: 1815

“Neftçi” qış transfer dönəmində sonuncu transferini dünən həyata keçirib. “Qafqazinfo” xəbər verir ki, “ağ-qaralar” ön xətti ispaniyalı hücumçu Daniel Seqoviya ilə gücləndirib.

Bir müddət öncə şərəfini qoruduğu “Sankt Pölten”də adı qalmaqalda hallanan futbolçu oradan Avstriya klubundan yaxşı ayrılmayıb. Belə ki, Seqoviya “Mansdorf” klubu ilə keçirdikləri yoxlama görüşündə komanda yoldaşı Alhassan Keyta ilə penaltini yerinə yetirmək üstündə dava etmişdi. Qvineyalı hücumçu ilə əlbəyaxa dava zamanı “Neftçi”nin futbolçusunun qaşı partlamışdı. Bu hadisə mətbuatda böyük əks-səda doğurmuşdu.

Afrikalı futbolçu davay görə klubdan qovulsa da, Seqoviya özü komandadan ayrılmışdı. Ondan sonra klubsuz qalan hücumçu Azərbaycan təmsilçisi ilə müqavilə imzalayıb.