“Neftçi”nin potensial rəqibi müəyyənləşir

neftcinin-potensial-reqibi-mueyyenlesir
Oxunma sayı: 1724

Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılacaq.

“Qafqazinfo” xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək mərasim Bakı vaxtı ilə 14:00-da başlayacaq. Ölkəmizi turnirində təmsil edən "Neftçi"nin də 3-cü mərhələdəki potensial rəqibi müəyyənləşəcək. 

2-ci təsnifat mərhələsində “Olimpiakos”a (Yunanıstan) rəqib olan Azərbaycan çempionu püşk zamanı səpələnmişlər səbətində yer alacaq.