Avropa Liqasında ölkəmizi təmsil edən “Neftçi” 3-cü mərhələdə İsrailin “Bney Yehuda” komandasını keçəcəyi halda, pley-offda səpələnməmişlər səbətində yer alacaq.
“Qafqazinfo” xəbər verir ki, paytaxt təmsilçisi “səpələnmişlər"dəki aşağıdakı bu cütlüklərdən birinin qalibi ilə görüşəcək:
“Antverpen” (Belçika) - “Viktoriya”(Çexiya)
“Brondbü”(Danimarka) - “Braqa”(Portuqaliya)
“Vaduts”(Lixtenşteyn) - “Ayntraxt”(Almaniya)
“Malmö”(İsveç) - “Jrinski”(Bosniya və Herseqovina)
“Partizan”(Serbiya) - “Malatyaspor”(Türkiyə)
Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi avqustun 5-i, Bakı vaxtı ilə saat 15.30-da başlanacaq.
Son xəbərlər
Son Xəbərlər