“”Neftçi”nin qol buraxmasını istәmәzdim”- - Qurbanov

neftcinin-qol-buraxmasini-istmzdim-
Oxunma sayı: 1691


“Qafqazinfo” xәbәr verir ki, bu sözlәri “Neftçi” – “Qarabağ” (0:1) oyunundan sonra qonaqların baş mәşqçisi Qurban Qurbanov deyib.

O, bu gün qalib gәldiklәri oyun haqqında fikirlәrini bildirib: “Yaxşı oyun oldu. Maraqlı qarşılaşma oldu. Rәqibin qapıçısı çox gözәl çıxış etdi. Heç istәmәzdim ki, bu oyununa görә o, qol buraxsın. Milli komanda üçün qapıçı yetişir. Rәqibin heyәtindә güclü futbolçular çoxdur. Hansı ki, Araz Abdullayev, Rauf Әliyev, Vobay, Flavinyo kimi topla ustalıqla davranan futbolçular var. Biz dә müdafiәdә sәhvlәrә yol verdik. Amma bu normaldı”.