“Neftçi”nin rəqibi bəlli olacaq

neftcinin-reqibi-belli-olacaq
Oxunma sayı: 1343

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinə yekun vurulacaq.

“Qafqazinfo” xəbər verir ki, sonuncu yarımfinal görüşü “Səbail”lə “Qəbələ” arasında baş tutacaq.

Xatırladaq ki, “Turan Tovuz”u iki oyunun nəticəsinə (2:0, 0:1) görə üstələmiş “Neftçi” artıq finaldadır.

Kubokun həlledici oyunu iyunun 3-də “Bakcell Arena”da keçiriləcək.

Azərbaycan kuboku
Yarımfinalın cavab oyunu
27 aprel

“Səbail” – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov
Bakı. “ASCO Arena”, 20:00.
İlk oyun – 2:3.