“Neftçi”nin Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi dəqiqləşib.
“Qafqazinfo” xəbər verir ki, bu, Türkiyənin “Beşiktaş” klubudur.
İstanbul təmsilçisi 2-ci təsnifat mərhələsinin cavab oyununda “Tirana”ya (Albaniya) səfərdə 2:0 hesabı ilə qalib gəlib. İlk matçda da rəqibini 5:1 hesabı ilə məğlub edən Türkiyə klubu növbəti mərhələyə yüksəlib və “Neftçi”yə rəqib olub.
Qeyd edək ki, Bakı klubu ilk görüşünü səfərdə keçirəcək.
Əlavə edək ki, Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları avqustun 10-u, cavab qarşılaşmaları avqustun 17-i olacaq.
Son xəbərlər
Son Xəbərlər