“Neftçi”nin şikayəti təmin edilmədi

neftcinin-sikayeti-temin-edilmedi
Oxunma sayı: 1367

Apellyasiya Arbitraj Tribunalının yeni qərarları açıqlanıb.

“Qafqazinfo” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Difai” FK tərəfindən verilən apellyasiya şikayəti təmin edilib.

İntizam Komitəsi tərəfindən AFFA Region Liqasında çıxış edən “Difai” FK barəsində qəbul edilmiş 0:3 hesablı texniki məğlubiyyət cəzası ləğv olunub. 

“Neftçi” PFK tərəfindən verilmiş apellyasiya şikayətləri isə təmin edilməyib.

İntizam Komitəsi tərəfindən AFFA Gənclər Liqasında çıxış edən “Neftçi” komandasının futbolçusu Oruc Məmmədov barəsində 4 oyun və “Neftçi“ komandasının baş məşqçisi İlyas Qurbanov barəsində verilmiş 5 oyun kənarlaşdırma cəzası qüvvədə saxlanılıb.