“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub

neftcinin-transfer-etmek-istediyi-futbolcu-danimarkada-hebsde-olub
Oxunma sayı: 1898

“Neftçi”nin növbəti mövsüm üçün anlaşdığı deyilən 22 yaşlı nigeriyalı Akinkunmi Amoo 2022-ci ildə Danimarkada cinsi təcavüzə görə həbsdə olub.

“Qafqazinfo”nun futbolinfo.az-a istinadən məlumatına görə, həmin vaxt cinsi təcavüzdə günahlandırılan futbolçu ilə bağlı məhkəmə birillik həbs qərarı verib.

Ardından isə o, ölkədən deportasiyası edilib. 

Hətta qərarda o da vurğulanıb ki, futbolçunun 6 il müddətinə Danimarkaya girişi qadağan edilsin.

Qeyd edək ki, “Neftçi”nin futbolçu ilə 4 illik müqavilə imzalayacağı deyilir. Futbolçunun Bakı klubunun düşərgəsində olması və bununla bağlı fotoların yayılması iddialları gücləndirib. Lakin “ağ-qaralar” hələ ki, keçid barədə rəsmi məlumat yaymayıb.