“Neftçi”nin yeni mətbuat katibi müəyyənləşdi

neftcinin-yeni-metbuat-katibi-mueyyenlesdi
Oxunma sayı: 1655

“Neftçi” Peşəkar Futbol Klubunun mətbuat katibi vəzifəsinə yeni təyinat olub.

“Qafqazinfo” “ağ-qaralar”ın rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəni Asəf Zeynallı icra edəcək.

Qeyd edək ki, Asəf Zeynallı daha əvvəl “Qəbələ” İdman Klubunda Media və Marketinq Departamentinin rəhbəri olub.