“Neftçi”qələbə qazandı - - Fotolar + Yenilənib

neftciqelebe-qazandi-
Oxunma sayı: 4094


Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində "Neftçi" "Xəzər Lənkəran"ı qəbul edir.

"Qafqazinfo" xəbər verir ki, bu gərgin oyuna artıq start verilib. Hər iki komandanın yeganə məqsədi 3 xalı aktivinə yazmaqdır. Görüşü Orxan Məmmədovun rəhbərlik etdiyi hakimlər briqadası idarə edir.

***

“Qafqazinfo”nun oyunu izləyən əməkdaşlarının məlumatına görə, həmişə gərginliklə, əlbəyaxa ilə keçirilən görüşdə bu dəfə də gərginlik olub. Artıq 30-cu dəqiqədən gərginlik başlayıb. “Neftçi” azarkeşlərinin oturduğu sektorda əlbəyaxa dava düşüb. Hazırda təhlükəsizlik əməkdaşları hadisəyə müdaxilə edirlər.Artıq meydanda da oyunçular arasında gərginlik başlayıb. Meydanda qol vurulmasa da, futbolçular arasında ciddi qayda pozuntuları yaranıb. Bu da həm meydanda, həm də azarkeşlər arasında narazılığa səbəb olub.

FHN-nin, Daxili Qoşunların və DİN-in əməkdaşları arenanı "üzük qaşı" kimi dövrəyə alıblar. Hazırda gərgin oyun davam edir.

***
Artıq 42-ci dəqiqə geridə qalsa da, hesab açılmayıb: 0-0

***
Birinci hissə qolsuz başa çatıb.

***
Polislərlə azarkeşlər arasında baş verən insidentdən sonra 4 nəfər azarkeş polis maşınlarına mindirilərək stadiondan kənarlaşdırılıb.

***
"Böyük oyun"da ikinci hissə başlayıb.

***
Birinci hissədə acıq edib oyunu tərk edən azarkeşlər stadiona qayıtmayıblar. Mühafizəçilərin verdiyi məlumata görə, bəzi azarkeşlər bir neçə maşına xəsarət yetirib.

***
72-ci dəqiqə geri qalsa da, tərəflərdən heç biri hələ də fərqlənə bilmir.

***
78-ci dəqiqədə Nfor "Neftçi"ni önə çıxardı: 1-0

***
"Neftçi" "Xəzər Lənkəran" üzərində 1-0 hesabı ilə qələbə qazandı.

İqbal