““Neftçi" onu tanımır və tanımaq da istəmir”

neftciquot-onu-tanimir-ve-tanimaq-da-istemir
Oxunma sayı: 1323


 “Qafqazinfo” xəbər verir ki, “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə öz facebook profilində paylaşdığı məlumatla bu xəbəri təkzib edib:

“Nəzərinizə çatdırmaq istəyirəm ki, adı çəkilən futbolçunu “Neftçi” klubu tanımır, tanımaq belə istəmir. Əlcazair mətbuatına istinadla yazılmış xəbər həqiqəti əks etdirmir. Bu “Neftçi”nin adından istifadə edərək, özünü reklamdan başqa bir şey deyil. Biz “Neftçi” məni istəyir deyərək, qiymətini qaldırmaq niyyəti güdmüş futbolçular haqda da az məlumat almamışıq. İctimaiyyətin diqqətinə çatdırmaq istəyirik ki, “Neftçi” bu yay maksimum 2 transferlə kifayətlənəcək. Yeni mövsümdə Samir Məsimov, Məqsəd İsayev eləcə də digər gənclərimizlə səviyyəli legionerlərin vəhdətindən təşkil olunmuş “Neftçi”nin izləyəcəksiniz. “Neftçi” PFK olaraq strategiyamız komandanı gəncləşdirməkdən ibarətdir. Bu “Neftçi”nin iddiasız olacağı anlamına gəlmir”

İqbal