“Neftçi”yə 830 min borcları olduğuna görə transfer qadağası aldılar

neftciye-830-min-borclari-olduguna-gore-transfer-qadagasi-aldilar
Oxunma sayı: 1674

Tunisin “Esperansa” klubuna transfer qadağası qoyulub. “Qafqazinfo” xəbər verir ki, bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.

Bildilib ki, buna səbəb tunislilərin “Neftçi”yə olan borcunu ödəməməsidir. Belə ki, Bakı klubundan Sabir Buqrini heyətinə qatan “Esperansa” bu transfer üçün nəzərdə tutulan məbləği verməyib. 

Nəticədə klub qadağa ilə üzləşib. Onlar Azərbaycan təmsilçisinə olan 830 min manat borcunu ödədikdən sonra bu qadağa aradan qaldırıla bilər.