“Bakı”nın və milli komandanın üzvü Cavid Hüseynov paytaxt derbisindən qabaq oyunla bağlı fikirlərini “Qafqazinfo” ilə bölüşüb. Futbolçu “Neftçi”yə qarşı ciddi şəkildə hazırlaşdıqlarını bildirib: “Sabah bizim üçün çempionatın ən önəmli matçlarından biri olacaq. “Neftçi” ilə qarşılaşacağıq. Bu istiqamətdə bütün hazırlıqlarımızı son sürətlə davam etdiririk. Çox ciddi hazırlaşırıq. Qazanacağımız qələbənin bizi hara aparacağını və məğlubiyyətin bizə nə verəcəyinin fərqinə varırıq. Şükürlər olsun ki, indiyənə kimi hər şey qaydasında gedir, elə bir ciddi problem yoxdur”
Cavid daha sonra ötən turda “Neftçi”nin “Xəzər Lənkəran”la görüşdə 4 əsas futbolçusunun cəzalanmasına da münasibət bildirib: “Bu dəqiqə hamı elə bu barədə düşünür. Elə bilirlər ki, “Neftçi”nin 4 əsas futbolçusu cəzalanıbsa, zəif oynayacaq. Ancaq bu qətiyyən belə deyil. “Neftçi”yə heç nə təsir etməyəcək. Bizi çətin oyun gözləyir”
Xatırladaq ki, XX tur çərçivəsində keçirilən “Xəzər Lənkəran” -“Neftçi” görüşündə flaqmanın 4 futbolçusu Karlos Kardozo, Bruno Bertuççi və Tərlan Quliyev (qırmızı vərəqə)Mahir Şükürov (göstərdiyi qeyri etik ələ hərəkətinə görə)cəzalanıblar və “Bakı” ilə matçda oynaya bilməyəcəklər.
İqbal
Son xəbərlər
Son Xəbərlər