““Neftçi”yə yuxarıdan aşağı baxmaq olmaz” - Fatih Terim

neftciye-yuxaridan-asagi-baxmaq-olmaz
Oxunma sayı: 1635

“Qalatasaray”ın baş məşqçisi Fatih Terim Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşmadan öncə qısa açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, Türkiyə mətbuatına açıqlamasında o, Azərbaycan təmsilçisinə yuxarıdan aşağı baxmağın lazımsız olduğunu bildirib: 

““Neftçi”yə yuxarıdan aşağı baxmaq olmaz. Bakıya qələbə dalınca gedirik. Bu oyunun sığortası yoxdur. Səhvləri bağışlanmayacaq bir 90 dəqiqə oynayacağıq. Rəqib mərhələnin bir oyundan ibarət olmasını fürsət kimi görəcək. Səhv istəmirəm”.