Neftdən xoş xəbər

neftden-xos-xeber
Oxunma sayı: 2230

Dünya bazarında neftin qiyməti bahalaşır.

“Qafqazinfo” investing.com-a istinadən xəbər verir ki, “Brent” in qiymətində 1,35% bahalaşma var. Hazırda bu markalı neft 38,38 dollardan satılır.

WTI markalı neftin qiymətindən də xoş xəbər var. 2,42% bahalaşma ilə WTI 36,76 dollardan təklif edilir.

Qeyd edək ki, martın 5-də WTI markalı neftin qiyməti 35, 49 dollar, “Brent” isə 37, 51 dollar olub.