"Qafqazinfo" ANS Press-ə istinadən məlumat verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Marketinq və iqtisadi əməliyyatlar idarəsi bildirib.
Hazırda “AzəriLayt” markalı neft 64,37 dollar təşkil edir. Dünya birjalarında da neftin qiymətləri bahalaşır.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0.14 dollar (0.23%) artaraq 61.15 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0.12 dollar (0.19%) qalxaraq 64.57 dollar olub.
Qeyd edək ki, OPEC növbəti 10 ildə neftin qiymətinin 100 dollardan baha olmayacağını açıqlayıb. "The Wall Street
Journal" ən optimist ssenariyə görə neftin qiymətinin 2025-ci ildə 75 dollar səviyyəsində proqnozlaşdırıldığını yazıb.
Son xəbərlər
Son Xəbərlər