Neftimiz bahalaşıb

neftimiz-bahalasib
Oxunma sayı: 3217

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bir qədər bahalaşıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 0,61 ABŞ dolları, yaxud 0,7% artaraq 84,82 ABŞ dolları təşkil edib.

Belə ki, ötən gün Azərbaycan nefti 84,21 dollara ticarət edilmişdi.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.