Neftimiz bu gün neçəyə satılır?

neftimiz-bu-gun-neceye-satilir
Oxunma sayı: 1222

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 0.72 ABŞ dolları və ya 0.84% azalaraq 84.23 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, ötən gün Azərbaycan nefti 84,95 dollara ticarət edilmişdi.

Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.