Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti yenə ucuzlaşıb.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 0.18 ABŞ dolları və ya 0.22% azalaraq 82.46 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, ötən gün neftimiz 82.64 ABŞ dollarına ticarət edilib.
Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.