Neftimizin bu günə olan qiyməti

neftimizin-bu-gune-olan-qiymeti
Oxunma sayı: 2030

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,1 ABŞ dolları və ya 3,76% azalaraq 79,35 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, ötən gün “Azeri Light” 82,45 dollara ticarət edilib.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.