Neftimizin qiyməti 82 dollara çatır

neftimizin-qiymeti-82-dollara-catir
Oxunma sayı: 804

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2.09 ABŞ dolları və ya 2.62% artaraq 81.86 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, ötən gün neftimi 79,77 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15.81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149.66 ABŞ dolları qeydə alınıb.