Neftimizin qiyməti 86 dollara çatır

neftimizin-qiymeti-86-dollara-catir
Oxunma sayı: 1739

Dünya bazarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiymətində cüzi artım qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,25 ABŞ dolları və ya 0,29% artaraq, 85.54 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dollar qeydə alınıb.