Neftimizin qiyməti 88 dolları ötdü

neftimizin-qiymeti-88-dollari-otdu
Oxunma sayı: 3123

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 0.49 ABŞ dolları və ya 0.55% artaraq 88.49 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, ötən gün neftimiz 87.99 ABŞ dollarına ticarət edilib.

Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.