Neftin qiyməti 60 dolları ötdü

neftin-qiymeti-60-dollari-otdu-
Oxunma sayı: 2039


“Qafqazinfo” musavat.com-a istinadən xəbər verir ki, bunu alış-verişin nəticələri göstərib.

Bakı vaxtı ilə saat 22:52-yə olan məlumata görə, London birjasında “Brent” markalı neftin qiyməti 0,07% artıb və 60,30 dollara çatıb.

Nyu-York birjasında isə WTI markalı neft 3,17% ucuzlaşıb və bu markalı neftin bir barelinin qiyməti 49,20 dollara enib.