Analitiklərin fikrincə, neftin qiymətinin qalxmasına səbəb iri neft şirkətlərinin strukturlarını optimallaşdırması və işçi sayında ixtisarlar aparmasıdır. Artıq ixtisarlarla bağlı Fransanın neft-qaz şirkəti olan Total elan verib. Şirkət 2017-ci ilə qədər 2 min əməkdaşını işdən çıxarmaq, həmçinin bu il 5,5 milyard həcmində səhmlərini satmaq niyyətindədir.
Texasın neft-qaz konserni olan General Electric 45% əməkdaşını işdən çıxaracağını bəyan edib. Lariat Services Inc şirkəti isə 265 əməkşdaşını işdən uzaqlaşdıracaq.
Lakin analitiklər hesab edir ki, neftin hazırki qiymətindəki artım qısamüddətli xarakter daşıyır.
Son xəbərlər
Son Xəbərlər