Neftin qiyməti 99 dolları ötdü - Son 8 ildə ilk + Yenilənib

neftin-qiymeti-99-dollari-otdu
Oxunma sayı: 3425

Dünya bazarında “Brent” markalı neftin qiyməti 97 dolları ötüb.

“Qafqazinfo” xəbər verir ki, “qara qızıl” 2,34 % bahalaşaraq bir bareli 97,62 dollardan satılır. Bu neftin qiyməti 2014-cü ilin sentyabrından bəri ilk dəfə 97 dolları keçib.

“WTI” markalı neftin aprel fyuçerslərinin qiyməti isə 3,41% bahalaşma ilə bir barelə görə 93,29 dollar olub.

***

“Caspian Barrel”in məlumatına görə, Londonun ICE birjasında “Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti bir barel üçün 99 dolları ötüb.

Belə ki, Bakı vaxtı ilə saat 12:25-də “Brent”in aprel fyuçerslərinin qiyməti bir barel üçün 99,1 dollar təşkil edib. Bu, 2014-cü ilin sentyabrın 18-dən bu yana qeydə alınmış maksimum göstəricidir.