Neftin qiyməti artır- - 64 dollar

neftin-qiymeti-artir-
Oxunma sayı: 2402


“Qafqazinfo”nun Bloomberg-ə istinadən məlumatına görə, hazırda WTI markalı neftin qiyməti düşən templə getsə də Brent neftində vəziyyət əksinədir. 

Belə ki, Brent markalı neftin bir barrelinin qiyməti 0,14% artaraq 64,07 dollara çatıb. 

WTI-nin may fyuçersinin qiyməti isə 1,08% düşərək 56,10 dollarda qərarlaşıb. 

Qeyd edək ki, OPEK-in aprel hesabatına görə, neft hasilatı martda 1,21 milyon barrel artaraq 31,488 milyon barrelə çatıb.