“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, dünya üzrə neft şirkətlərinin ixtisara saldıqları işçi sayı 100 mini keçib. Amerikanın işəgötürmə şirkəti olan “Swift Worldwide Resources”in baş direktoru Tobias Ridin sözlərinə görə, qovulmaların böyük payı ABŞ-ın neft sektorunun payına düşür. Bundan başqa, ixtisarlar Şotlandiya, Avstraliya və Braziliyadakı iri layihələrin də payına düşüb.
Tobias Rid bildirib ki, son yeddi ildə neft sektorunda işçi qüvvəsində defisit yaşanırdısa, indi ilk dəfə olaraq artıqlıq müşahidə olunur. Onun sözlərinə görə, hazırda şirkətlər yeni əməkdaşlar işə götürmürlər.
Son xəbərlər
Son Xəbərlər